Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda payızlıq bitkilərin əkin kampaniyası davam edir.

03 noyabr 2025 | 11:19

Rayonda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilər üzrə səpin işləri davam edir. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən cari il noyabr ayının 1-nə payızlıq əkinləri üçün 2347,9 hektar sahədə şum qaldırılmışdır, 1867,0  hektar sahədə payızlıq bitkilər əkilmişdir. Əkin aparılan sahənin 1708,0 hektarını buğda, 159,0 hektarını isə arpa sahələri təşkil edir.
Payızlıq əkin sahəsinin 127,0 hektarında əkin işləri kənd təsərrüfatı yönümlü müəssisələr tərəfindən yerinə yetirilib.
Buğda məhsulu üzrə ən çox səpin işləri rayonun Ərsilə (190 ha),  Aşağı Astanlı (190 ha) və Telavar (150 ha) İƏD üzrə nümayəndəliklərin əhali təsərrüfatları tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə  dən üçün payızlıq bitkilərin ümumi əkin sahəsi 3,6 dəfə, o cümlədən buğda məhsulu üzrə əkin sahəsi 3,7 dəfə, arpa sahəsi üzrə isə 2,5 dəfə artıb.

Keçidlər