Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

                                                   

2021/09/elchu-1632504813.jpgSoyad: Əliyev

Ad: Elçin

Ata adı: Sarvan

Doğum tarixi: 23.05.1995

Şəhid olub: 30.09.2020

Rütbə: MAXE

Elçin Sarvan oğlu Əliyev 1995-ci il mayın 23-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub.

2013-cü ildə  hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan bir müddət sonra yenidən hərbiyə qayıdaraq müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən müharibəsində iştirak etmiş və Füzuli rayonunun  azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  ölümündən sonra “Vətən Uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Soyad: Zeynalov

Ad: Cavid

Ata adı: Vaqif

Doğum tarixi: 17.10.1990

Şəhid olub: 30.09.2020

Rütbə: MAXE

Cavid Vaqif oğlu Zeynalov 1990-cı il oktyabrın 17-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub.

2009-2011-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra 2013-cü ildə hərbi xidmətə yenidən qayıdaraq hərbi həkim kimi işləməyə başlamışdır. 2016-cı ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif olunmuşdur. Vətən müharibəsində iştirak etmiş  və Füzuli rayonunun  azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

2021/09/eli-1632469141.jpg

Soyad: Rzalı

Ad: Əli

Ata adı: Nuru

Doğum tarixi: 17.04.2002

Şəhid olub: 02.10.2020

Rütbə: Əsgər

Əli Nuru oğlu Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.

5 may 2020-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və Murov dağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra  "3 dərəcəli Rəşadət ordeni", “Vətən Uğrunda”, “Şücaətə görə”, “Cəsur Döyüşçü” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur. 

 

Soyad: Məmiyev

Ad: Elmir

Ata adı: Zamin

Doğum tarixi: 22.12.2001

Şəhid olub: 03.10.2020

Rütbə: Əsgər

Elmir Zamin oğlu Məmiyev 2001-ci il dekabr 22-də Yardımlı rayonunun kürəkçi kəndində anadan olub.

2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və Ağdam rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

2021/05/caa03-1621541278.jpg

Soyad: Qarayev

Ad: Amal

Ata adı: Ədalət

Doğum tarixi: 23.01.2001

Şəhid olub: 04.10.2020

Rütbə: Əsgər

Amal Ədalət oğlu Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub.

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Amal Qarayevdir. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, Vətən müharibəsində iştirak etmiş, Füzuli və Cəbrayılın  azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "3 dərəcəli Rəşadət ordeni", “Vətən Uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

2021/01/91334-1610551144.jpgSoyad: Eyniyev

Ad: Tərlan

Ata adı: Gölişad

Doğum tarixi: 22.01.1993

Şəhid olub: 05.10.2020

Rütbə: Gizir

Tərlan Gölişad oğlu Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.

Şəhid Tərlanın böyük qardaşı Vüsal Eyniyev də Vətən müharibəsində yurdu düşməndən azad edən igid oğullardan biri olub. Hər iki qardaş torpaqlarımızın azadlığı uğrunda vuruşublar, Tərlanın taleyinə isə şəhid olmaq yazılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən Uğrunda” medalları ilə təltif olunmuşdur.

 

2021/09/Zairl-1632200553.jpgSoyad: Zairli

Ad: Zahid

Ata adı: Azad

Doğum tarixi: 10.05.2000

Şəhid olub: 08.10.2020

Rütbə: Əsgər

Zahid Azad oğlu Zairli 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 

Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə yüksələn əsgərlərimizdən biri də 20 yaşlı Zahiddir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Cəbrayıl rayonu isiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "3 dərəcəli Rəşadət ordeni", “Vətən Uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

Soyad: Alişanlı

Ad: Amal

Ata adı: Seyfəddin

Doğum tarixi: 11.02.2001

Şəhid olub: 08.10.2020

Rütbə: MAXE

Alişanlı Amal 11 fevral 2001-ci ildə Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub.

2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş, Füzuli və Cəbrayıl isiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən Uğrunda”, “Şücaətə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/05/Scree-1622036377.jpg

Soyad: Səfərov

Ad: Saleh

Ata adı: İrzəxan

Doğum tarixi: 31.08.1983

Şəhid olub: 11.10.2020

Rütbə: MAXE

Səfərov Saleh 31 avqust 1983-cü ildə Yardımlı rayonunun Ünəç kəndində anadan olub. Ailəli idi. Bir qız və bir oğlan övladı yadigar qalıb.

2001-ci ildə   hərbi xidmətə çağırılmış və xidmətin  başa vurduqdan sonra, 2014-cü ildə müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və 30 sentyabr Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”  və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/04/Cavid-1619163490.jpg

Soyad: Sahratov

Ad: Cavid

Ata adı: Əlikömək

Doğum tarixi: 23.12.1981

Şəhid olub: 18.10.2020

Rütbə: Gizir

Sahratov Cavid Əlikömək oğlu 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də gizir Cavid Sahratovdur. 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2005-ci ildən gizir rütbəsi ilə tank komandiri vəzifəsində hərbi xidmətin davam etdirmiş, xidmətdə olduğu müddətdə qüsursuz xidmətinə görə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) Azərbaycan Respublikasının yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubileyi”, “Qüsursuz xidmətinə görə 2-ci dərəcəli” medalları ilə təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən Uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/04/Valeh-1619156785.jpg

Soyad: Məmiyev

Ad: Valeh

Ata adı: İsbat

Doğum tarixi: 27.03.1994

Şəhid olub: 23.10.2020

Rütbə: Baş leytenant

Məmiyev Valeh İsbat oğlu 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəçi kəndində anadan olub.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Valeh Məmiyevdir. Valeh hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, “mən komandir olacam” deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi. 2015-ci il dekabr ayında leytenant rütbəsi ilə tank tağım komandiri kimi vətənə xidmətə başlamışdır. 2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlmişdir. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubileyi medalı ilə və 2020-ci il Türk- Azərbaycan təlimlərində iştirak etmiş, təlimlərin sonunda Türkiyə Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və 23 oktyabr Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/05/Eminl-1619946726.jpg

Soyad: Eminli

Ad: Rüstəm

Ata adı: Mais

Doğum tarixi: 16.09.1999

Şəhid olub: 01.11.2020

Rütbə: Əsgər

Rüstəm Eminli 16 sentyabr 1999-cu ildə Yardımlı rayonunun Horonu kəndində anadan olub.

44 gün davam edən Vətən Müharibəsinin sonunda xalqımız öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Qarabağımızın işğalına son qoyulmasında Vətənin mərd oğulları canlarından keçdilər. Bu mərd Vətən oğullardan biri də Rüstəmdir. 15 oktyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və noyabrın 1-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə"  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/04/18805-1617732581.jpg

Soyad: Mansurov

Ad: Elçin

Ata adı: Elşən

Doğum tarixi: 25.11.1984

Şəhid olub: 27.09.2020

Rütbə: Mayor

Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir.

Birinci sinfə Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbdə başlayıb. Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlının Kürəkçi kəndində oxuyub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçib. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlayıb. Ömrünün böyük hissəsini hərb sənətinə və Vətənə xidmətə həsr edən Elçin Mansurov Tovuz, Murovdağ, Göygöl və Füzuli rayonlarında xidmət edib. O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçir və hər dəfə səfərləri "qanla" bitərmiş. Düşmən ona ləqəb də qoyub. Həmçinin, onu döyüş yoldaşları "Kəşfiyyatın vuran əli", "Tənha canavar", "Boz qurd" da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib. Mayor Elçin Mansurov həm də 2016-cı ildə "Aprel savaşı"nda da cəsurluğunu sübut etmişdi. Elçin Mansurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən müharibəsində Elçinin komandirliyi altında 24 nəfərlik qrupdan ibarət heyət heç bir itki vermədən düşmən postunu ələ keçirib. Yenə də sonrakı döyüşlərdə 17 şəhid, 5 yaralı olmaqla qisa müddət ərzində düşmənin olduqca strateji əhəmiyyətli 3 postunu ələ keçirib, 30 ildən sonra azad olunmus mövqeyə bayrağımızı sancıb. İkinci hücum zamanı isə, cəmi 45 dəqiqə ərzində, düşmənin 2 tağımını darmadağın etdib. Sonra qorxmaz qəhrəmanımız mayor Elçin Mansurov tabeçiliyində olan qrupdan ayrılaraq, düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum edərək, daha 22 düşmən əsgərini tək başına məhv edib geri qayıdan zaman 27 sentyabr tarixində “Buğra dərəsi” adlanan ərazidə düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

2021/05/Tural-1621792535.jpg

Soyad: Aslanov

Ad: Tural

Ata adı: Elşən

Doğum tarixi: 05.06.1992

Şəhid olub: 07.11.2020

Rütbə: Leytenant

Tural Elşən oğlu Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub.

2013-cü ildə Hərbi Xidmətə çağrılmış və xidmət etdiyi müddətdə leytenant rütbəsi almış, 2015-ci ildə müqavilə müddəti bitdiyi üçün tərxis olmuşdur. Vətən Müharibəsində iştirak etmiş Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “3 dərəcəli Vətənə Xidmətə görə ordeni”, “Vətən Uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2021/09/e095f-1632240485.jpgSoyad: Talıbov

Ad: Elməddin

Ata adı: Məmməd

Doğum tarixi: 26.09.1998

Şəhid olub: 07.11.2020

Rütbə: Əsgər

Elməddin Məmməd oğlu Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub.

Vətən Müharibəsində iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

2021/05/Rasim-1621281502.jpgSoyad: Rufullayev

Ad: Rasim

Ata adı: Yadigar

Doğum tarixi: 31.08.1997

Şəhid olub: 07.11.2020

Rütbə: MAXE

Rasim Yadigar oğlu Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rasim Rufullayevdir. O, həqiqi hərbi xidmətin başa vurduqdan bir müddət sonra 2020-ci ildə yenidən hərbiyə qayıdaraq Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və 6 noyabrda şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  və “Laçının azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

 

2021/05/13172-1622104177.jpgSoyad: Mirzəyev

Ad: Şamil

Ata adı: Afiq

Doğum tarixi: 02.03.1996

Şəhid olub: 11.11.2020

Rütbə: Əsgər

Şamil Afiq oğlu Mirzəyev 1996-cı il martın 2-də Yardımlı şəhərində anadan olub.

2014-cü ilin aprelində hərbi xidmətə çağırılmış və 2015-ci ilin oktyabrında hərbi xidməti başa vurmuşdur. Vətən Müharibəsinndə iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar  “Vətən Uğrunda“, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

Soyad: Şirbəyli

Ad: Siruz

Ata adı: Hamil

Doğum tarixi: 20.02.1996

Şəhid olub: 11.11.2020

Rütbə: MAXE

Siruz Hamil oğlu Şirbəyli 1996-cı il fevralın 20-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.

2017-ci ildə həqiqi xidmətə yollanmış və xidmətin başa vurduqdan sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq hərbiçi kimi xidmətin davam etdirmişdir. Vətən Müharibəsində iştirak etmiş və Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/05/336px-1620556155.jpgSoyad: Mirzəyev

Ad: Sarvan

Ata adı: Əli

Doğum tarixi: 01.01.1995

Şəhid olub: 11.11.2020

Rütbə: MAXE

Mirzəyev Sarvan Əli oğlu 1 yanvar 1995-ci ildə Yardımlı rayon Zevin kəndində anadan olub.

2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətin başa vurduqdan bir müddət sonra 2019-cu ildə yenidən hərbiyə qayıdaraq Naxçıvan Xüsusi Təyinatlı qüvvələrin tərkibində müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “ Vətən Uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

2021/03/800px-1616575776.jpg

Soyad: Məstəliyev

Ad: Nurəddin

Ata adı: Hasil

Doğum tarixi: 10.02.2000

Rütbə: Əsgər

Məstəliyev Nurəddin Hasil oğlu 13 fevral 2000-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində anadan olub.

Əslən Yardımlı rayonunun Ökü kəndindəndir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmişdir və Füzuli–Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

Soyad: Feyziyev

Ad: Sadiq

Ata adı: Tahir

Doğum tarixi: 01.09.1993

Şəhid olub: 18.11.2020

Rütbə: Gizir

Feyziyev Sadiq Tahir  oğlu 1 sentyabr 1993-cü ildə Yardımlı rayon Zevin kəndində anadan olub.

2013-cü ildə hərbi xidmətə gizir (feldşer) kimi xidmət başlamışdır. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və  Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, “ Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunmuşdur.

 

 

2021/05/2020--1620722899.jpg

Soyad: Sultanlı

Ad: Elşən

Ata adı: Nazim

Doğum tarixi: 15.02.2001

Şəhid olub: 18.11.2020

Rütbə: Əsgər

Sultanlı Elşən Nazim  oğlu 15 fevral 2001-ci ildə Yardımlı rayonun Teşkan kəndində anadan olub.

2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Suqovuşan-Ağdərə istiqamətində 530 –cu yükəslik uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” , “ Cəsur döyüşçü” ,“ Suqovuşanın azad olunmasına görə“  və  ”Vətən müharibəsi iştirakçısı”  medalları ilə təltif olunmuşdur.

 

 

2021/05/800px-1620825227.jpgSoyad: Abışov

Ad: Zəka

Ata adı: Zakir

Doğum tarixi: 19.03.2001

Rütbə: Əsgər

Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində anadan olub.

2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

Soyad: Mayıllı

Ad: Mahmud

Ata adı: Əflatun

Doğum tarixi: 12.07.2002

Şəhid olub: 30.11.2020

Rütbə: Əsgər

Mayıllı Mahmud Əflatun oğlu 12 iyul 2002-ci ildə Yardımlı rayonun Avaş kəndində anadan olub.

2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar  "Vətən Uğrunda” “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.


 

2021/05/s1_31-1621630841.jpgSoyad: Cəfərli

Ad: Cəfər

Ata adı: Babacəfər

Doğum tarixi: 11.12.1999

Şəhid olub: 14.12.2020

Rütbə: MAXE

Cəfərli Cəfər Babacəfər oğlu 11 dekabr 1999-cu ildə Yardımlı rayonun Avun kəndində anadan olub.

2018-ci ildə hərbi xidmətə çağırılmış və xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və Xocavənd rayonu ərazisində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni “Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə",  III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" və  "Cəsur döyüşçü"  medalları ilə təltif olunmuşdur.

 

                                                                           

     ŞƏHİDLİK ƏBƏDİYYƏT ZİRVƏSİDİR!

 

                                                                                                                             

 

                                                                                                                                  

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər