Home Contact Phone
background

Xəbərlər

  • Yardımlıda İctimai Şuranın Seçki Komissiyas...

    Yardımlıda İctimai Şuranın Seçki Komissiyasının növbəti iclası keçirilib.

    2021-06-11

    Yardımlı Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın Seçki Komissiyasının növbəti iclası keçirilib. Görüş çərçivəsində İctimai şuraya namizədlərin qeydiyyatı, İctimai şuraya seçkinin tarixi və yerinin müəyyən edilməsi məsələləri müzakirə edilib.

  • Yardımlıda 9-cu sinif şagirdlərinin yekun atte...

    Yardımlıda 9-cu sinif şagirdlərinin yekun attestasiyası keçirilib

    2021-06-03

    İyunun 3-də Yardımlı rayonunda yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu sinif şagirdlərinin yekun attestasiyası keçirilib.

  • Şiləvəngə  kəndinə təbii qaz verildi.

    Şiləvəngə kəndinə təbii qaz verildi.

    2021-05-26

    26 may 2021-ci il tarixdə 69 abonentdən ibarət olan rayonun Şiləvəngə kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi.

  • Yardımlıda bu günədək vətəndaşlara 17 min ...

    Yardımlıda bu günədək vətəndaşlara 17 min 794 doza vaksin vurulub

    2021-05-25

    Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Yardımlı Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Yardımlı rayonu üzrə vətəndaşlara 17 min 794 doza vaksin vurulub.

  • Yardımlıda tütün əkininə başlanıldı.

    Yardımlıda tütün əkininə başlanıldı.

    2021-05-17

    Dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü, ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Yardımlı rayonunda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur.

  • FHN havaların isinməsi ilə bağlı əhaliyə m...

    FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

    2021-05-17

    Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: - taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;

  • Mayın 10-da xalqımızın xilaskar oğlu, Ümummi...

    Mayın 10-da xalqımızın xilaskar oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür.

    2021-05-10

    Yardımlıda Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü qeyd edilib. Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və hüquq mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

  • Yardımlıda 9 May - Qələbə günü qeyd olunub

    Yardımlıda 9 May - Qələbə günü qeyd olunub

    2021-05-09

    Yardımlıda faşizm üzərində qələbənin 76-cı il dönümü qeyd olunub. Ölkədə tədbiq olunan karantin rejimi ilə əlaqədar olaraq, məhdud iştirakçı sayı ilə keçirilən tədbirdə II Dünya Müharibəsi, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Yardımlıda "Beynəlxalq Ailə Günü" ...

    Yardımlıda "Beynəlxalq Ailə Günü" ilə əlaqədar tədbir keçirildi.

    2021-05-05

    15 May "Beynəlxalq Ailə Günü" ilə əlaqədar Yardımlı rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına əsasən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi.

  • Yardımlıda buraxılış imtahanları keçirilib

    Yardımlıda buraxılış imtahanları keçirilib

    2021-04-30

    Aprelin 30-da Yardımlı rayonunda yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

  • Rayon Ağsaqqallar Şurasının konfransı keçiri...

    Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.

    2021-04-29

    29 aprel 2021-ci il tarixdə RİH-nin Akt zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi. Konfransdan öncə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güllər dəstələri düzdülər.

  • Buraxılış imtahanlarının keçiriləcəyi mək...

    Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

    2021-04-28

    Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayının 30-da Yardımlı rayonunda ümümtəhsil pilləsində təhsilalan 11-ci sinif şagirdlərinin yekun attestasiyası keçiriləcəkdir.

  • Sosial şəbəkə istifadəçilərin nəzərinə!

    Sosial şəbəkə istifadəçilərin nəzərinə!

    2021-04-21

    Yardımlı RİH başçısı Ayaz Əsgərovun adına saxta profil açılmışdır xahiş edirik diqqətli olasınız.

  • Dənli və texniki bitkilərin yığımı dövrün...

    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi

    2021-04-20

    Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.

  • Yardımlı rayonunda koronavirus (COVİD-19) infek...

    Yardımlı rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

    2021-04-15

    Rayon ərazisində RİH-nın və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qrup üzvlərinin iştirakı ilə karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır.

  • İctimai Şuranın tərkibinin formalaşdırılmas...

    İctimai Şuranın tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilir

    2021-04-15

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyəti başçısının “15” aprel 2021-ci il tarixli “25” nömrəli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

  • Vətəndaşların nəzərinə!

    Vətəndaşların nəzərinə!

    2021-04-12

    13.04.2021-ci il tarixində saat 10:00-dan işlər bitənədək qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Yardımlı rayonunun 7 yaşayış məntəqəsinin (Yardımlı şəhəri, Bozayran, Urakəran, Gavran, Qabaqdibi, Mişkireyn, Sırıq) mavi yanacaqla təchizatında fasilə yaranacaqdır.

  • Yardımlıda vaksinasiya prosesi uğurla davam etd...

    Yardımlıda vaksinasiya prosesi uğurla davam etdirilir.

    2021-04-08

    07 aprel 2021-ci il tarixdə Yardımlı rayonunda 685 nəfər vətəndaş peyvənd olunmuşdur. Yardımlı rayonu üzrə ümumilikdə 8464 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 2056 nəfəri 65 yaşdan yuxarı, 5163 nəfəri 50-65 yaş arası və 1245 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Yardımlı rayonunda əhalinin vaksinləşməsi davam etdirilir.

  • Yardımlı rayonunda karantin rejimi ilə əlaqəd...

    Yardımlı rayonunda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.

    2021-04-06

    Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Yardımlı rayonunda profilaktik tədbirlər və əhali arasında maarifləndirmə işləri davam etdirilir.

  • Yardımlıda soyqırım qurbanlarının xatirəsi ...

    Yardımlıda soyqırım qurbanlarının xatirəsi yad olundu

    2021-03-31

    31 Mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Yardımlı rayonunda da anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri səhər saatlarında Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi şərəfinə rayon mərkəzində ucaldılmış abidə kompleksinə baş çəkərək qətliam qurbanlarının xatirəsini ehtiramla yad etməklə abidənin önünə gül dəstələri düzüblər.

  • Yardımlı rayonunda koronavirus (COVID-19) infeks...

    Yardımlı rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib.

    2021-03-30

    Son günlər respublikamızın digər bölgələrində olduğu kimi Yardımlı rayonunda da koronavirus “COVID-19” infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.

  • Yardımlı rayonunda COVİD-19 infeksiyasına qar...

    Yardımlı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam edir.

    2021-03-18

    17 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 97 nəfər vətəndaş peyvənd olunmuşdur.

  • “Vətəndaşlarımız vaksinasiya prosesində ak...

    “Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər”

    2021-03-15

    Respublikamızın bütün rayonlarında olduğu kimi, Yardımlı rayonunda da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə davam etdirilir. COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur və vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

  • Yardımlı rayonunda körpələr evi-uşaq bağça...

    Yardımlı rayonunda körpələr evi-uşaq bağçalarında dezinfeksiya tədbirləri davam etdirilir

    2021-03-04

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında tibbi proflaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezenfeksiya olunub.

  • Yardımlı rayonunda koronavirus (COVİD-19) infek...

    Yardımlı rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.

    2021-03-03

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Yardımlı rayonunda vaksinasiya prosesi davam etdirilir.

əvvəlki [2] növbəti