Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, Mirzəyev Nurəddin Etimad oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim olunmasına həsr olunmuş tədbir keçirildi

13 may 2016 | 16:00

     Yardımlı rayonunun Honuba  kəndində rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev, Müdafiə Nazirliyinin məsul işçiləri,  rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ağsaqqalların, gənclərin və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalının ailə üzvlərinə təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi.
   Tədbirdə rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev  çıxış edərək son illər ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işləri diqqətə çatdırdı. Ali Baş Komandan cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Azərbaycan Ordusunun cənubi Qafqazda ən güclü orduya çevrildiyini bildirdi. Son aylarda cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığını qeyd etdi.
    Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olundu.
Şəhidin atası Etimad Mirzəyev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırdı.
    Sonda tədbir iştirakçıları tərəfindən şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.

Keçidlər