Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda yeni körpü istifadəyə verildi.

14 iyul 2016 | 16:00

     14  iyun 2016-ci il tarixdə Yardımlı rayonu Teşkan kəndində  Viləş çayı üzərində yeni tikilmiş körpü istifadəyə verilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən tikilmiş  körpünün uzunluğu 12 metr, eni 4 metrdir. Körpü çaydan 3 metr hündürlükdədir.

        Açılış mərasimində çıxış edən RİH-nin Başçısı Ayaz Əsgərov bildirmişdir ki, Ölkə  Prezident cənab  İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatların tərkib hissəsi olaraq hazırda ölkəmizin hər yerində müasir standartlara uyğun avtomobil yollarının çəkilməsindən, regionlarda  müasir körpülərin, yol ötürücülərinin inşa edilməsindən danışdi. Bildirilmişdir ki, əhalinin rahatlığı üçün bölgələrdəki dağ çayları üzərində yeni körpülərin tikilməsi, kənd yollarının əsaslı təmiri dövlətin diqqət mərkəzindədir. Bu tədbirlər isə gələcəkdə həmin bölgələrdə turizmin inkişaf etdirilməsinə də şərait yaradacaqdır.
   Tədbirdə  Azəravtoyol ASC-nin sədr müavini Əflatun Qasımov çıxış edərək vurğulamışdır ki, bu gün Respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.
   Sonda kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər