Şriftin ölçüsü :

Saytın rəngi :

Ordudan təxris olunmuş gənclərlə görüş keçirildi.

25 iyul 2016 | 16:00

       Yardımlı rayonunda  iyul ayında müddətli həqiqi hərbi xidməti başa vuraraq ordu sıralarından təxris olunan gənclərlə görüş keçirildi.
      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi görüşdə ictimaiyyət nümayəndələri, valideynlər və gənclər iştirak etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin rəisi Səbuhi Abdullayev , rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Hüseyn Vəliyev  və başqaları çıxış edərək, gəncləri hərbi xidməti layiqincə başa vuraraq geri dönmələri münasibətilə təbrik edib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən ordu quruculuğu siyasətindən, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, Azərbaycan əsgərinin mərdlik və şücaətindən danışıblar.
       Tədbirdə gənclərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr izah olunub, eləcə də onların bundan sonrakı məşğulluğuna dair fikir mübadiləsi aparılıb.
     Gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün yenidən silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.
     Sonra ordudan təxris olunan gənclərə  hədiyyələr verildi.

Keçidlər