Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə rayon birinciliyi keçirildi.

06 oktyabr 2016 | 16:00

     26 iyul 2016-cı il tarixdən başlayaraq Yardımlı rayonunda aprel döyüşlərində həlak olmuş Şəhid Nurəddin Mirzəyevin xatirəsinə həsr olunmuş Futbol üzrə rayon birinciliyinə start verildi. 14 komandanın 3 qrup üzrə apardığı gərgin mübarizənin finalında 06 oktyabr 2016-cı il tarixdə Sırıq və Bozayran komandaları qarşılaşdı. Mübarizənin sonunda Sırıq komandası Bozayran komandasına 5:1 hesabı ilə qalib gəldi. Hər iki komanda Rayon İcra Hakimiyyətinin Başçısı  tərəfində diplom və hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər