Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Tur-aksiyasına yola salındılar

12 noyabr 2016 | 16:00

  12 noyabr 2016-cı il tarixdə səhər saatlarında Yardımlı RİH-nin  rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının Yardımlı rayonundan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşurutu istiqamətində yola salmaq üçün Yardımlı rayon  Heydər Əliyev Parkında toplaşmışdı.
  Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
 Qrupun rəhbəri Camaləddin Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən tur-aksiyanın iştirakçıları - Yardımlı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ölkənin qərb bölgəsinə yola düşdüyünü ,dörd gün davam edəcək tur-aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacağını, tur-aksiya məktəblilərin həyatında mühüm hadisə olacağını, şagirdlərin regionla tanışlığı onların biliklərini daha da zənginləşdirəcəyini qeyd edərək belə bir imkanın yaradılmasına görə dövlət başçısı İlham Əliyev cənablarına minnətdarlığını bildirdi.

Keçidlər