Home Contact Phone
background

Xəbərlər

  • İctimai Şuranın tərkibinin formalaşdırılmas...

    İctimai Şuranın tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilir

    2021-04-15

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyəti başçısının “15” aprel 2021-ci il tarixli “25” nömrəli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

  • Vətəndaşların nəzərinə!

    Vətəndaşların nəzərinə!

    2021-04-12

    13.04.2021-ci il tarixində saat 10:00-dan işlər bitənədək qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Yardımlı rayonunun 7 yaşayış məntəqəsinin (Yardımlı şəhəri, Bozayran, Urakəran, Gavran, Qabaqdibi, Mişkireyn, Sırıq) mavi yanacaqla təchizatında fasilə yaranacaqdır.

  • Yardımlıda vaksinasiya prosesi uğurla davam etd...

    Yardımlıda vaksinasiya prosesi uğurla davam etdirilir.

    2021-04-08

    07 aprel 2021-ci il tarixdə Yardımlı rayonunda 685 nəfər vətəndaş peyvənd olunmuşdur. Yardımlı rayonu üzrə ümumilikdə 8464 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 2056 nəfəri 65 yaşdan yuxarı, 5163 nəfəri 50-65 yaş arası və 1245 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Yardımlı rayonunda əhalinin vaksinləşməsi davam etdirilir.

  • Yardımlı rayonunda karantin rejimi ilə əlaqəd...

    Yardımlı rayonunda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.

    2021-04-06

    Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Yardımlı rayonunda profilaktik tədbirlər və əhali arasında maarifləndirmə işləri davam etdirilir.

  • Yardımlıda soyqırım qurbanlarının xatirəsi ...

    Yardımlıda soyqırım qurbanlarının xatirəsi yad olundu

    2021-03-31

    31 Mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Yardımlı rayonunda da anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri səhər saatlarında Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi şərəfinə rayon mərkəzində ucaldılmış abidə kompleksinə baş çəkərək qətliam qurbanlarının xatirəsini ehtiramla yad etməklə abidənin önünə gül dəstələri düzüblər.

  • Yardımlı rayonunda koronavirus (COVID-19) infeks...

    Yardımlı rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib.

    2021-03-30

    Son günlər respublikamızın digər bölgələrində olduğu kimi Yardımlı rayonunda da koronavirus “COVID-19” infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.

  • Yardımlı rayonunda COVİD-19 infeksiyasına qar...

    Yardımlı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam edir.

    2021-03-18

    17 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 97 nəfər vətəndaş peyvənd olunmuşdur.

  • “Vətəndaşlarımız vaksinasiya prosesində ak...

    “Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər”

    2021-03-15

    Respublikamızın bütün rayonlarında olduğu kimi, Yardımlı rayonunda da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə davam etdirilir. COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur və vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

  • Yardımlı rayonunda körpələr evi-uşaq bağça...

    Yardımlı rayonunda körpələr evi-uşaq bağçalarında dezinfeksiya tədbirləri davam etdirilir

    2021-03-04

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında tibbi proflaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezenfeksiya olunub.

  • Yardımlı rayonunda koronavirus (COVİD-19) infek...

    Yardımlı rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.

    2021-03-03

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Yardımlı rayonunda vaksinasiya prosesi davam etdirilir.

  • Yardımlı rayonunda “Xocalı soyqırımının...

    Yardımlı rayonunda “Xocalı soyqırımının” 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

    2021-02-26

    XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar 26 fevral 2021-ci il tarixdə Yardımlı rayonunda tədbir keçirilmişdir.

  • Yardımlı rayonunda Xocalı soyqırımına həsr ...

    Yardımlı rayonunda Xocalı soyqırımına həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

    2021-02-23

    Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 23-də Yardımlı rayonunda Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

  • Yardımlı rayonunda koronavirus COVİD-19 infeksi...

    Yardımlı rayonunda koronavirus COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam etdirilir.

    2021-02-22

    20 fevral 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 233 nəfər vətəndaş peyvənd olunmuşdur. Yardımlı rayonu üzrə ümumilikdə 1507 nəfər koronavirus COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuş, onlardan 588 nəfəri 65 yaşdan yuxarı, 749 nəfəri 50-65 yaş arası və 170 nəfəri isə 50 yaşadək olan şəxslərdir.

  • Yardımlı rayonunda koronavirus infeksiyasına qa...

    Yardımlı rayonunda koronavirus infeksiyasına qarşı maarifləndirici tədbirlər davam etdirilir.

    2021-02-16

    Yoluxmanın ilk günlərindən etibarən əməl olunması vacib olan 3 sadə qaydaya əməl etməklə bağlı maarifləndirmə işləri aparırıq və bu tədbirləri davam etdiririk. Hər birimizin böyük fədakarlıq nümayiş etdirdiyimiz bu günlərdə sağlamlığımızı təhlükədən qorumaq və əvvəlki sosial həyatımızı bərpa etmək üçün məsuliyyətimizi ikiqat artırmalıyıq. Çünki koronavirus görəcəyimiz önləyici tədbirlərdən daha güclü deyil və bu tədbirlərdə birlikdə olmalıyıq.

  • Yardımlı rayonunda dezinfeksiya işləri davam e...

    Yardımlı rayonunda dezinfeksiya işləri davam etdirilir.

    2021-02-15

    Koronavirus infeksiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi küçələrində, o cümlədən inzibati binalarda Yardımlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir.

  • Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyas...

    Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

    2021-02-08

    Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

  • ELAN

    ELAN

    2021-02-04

    Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yaş qruplarının növbəliyi nəzərə alınmaqla vətəndaşlarımızın 2021-ci il fevral ayının 5-dən başlayaraq randevu.its.gov.az internet saytına daxil olub randevu alaraq vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur.

  • 20 Yanvar faciəsinin 31-ci ildönümü

    20 Yanvar faciəsinin 31-ci ildönümü

    2021-01-21

    - Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır;

  • YARDIMLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI

    YARDIMLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI

    2021-01-20

    Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq məsafə saxlamaqla Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər düzmüş və şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.

  • Yardımlı rayonunda COVID-19-a qarşı vaksinasiy...

    Yardımlı rayonunda COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılmışdır.

    2021-01-20

    Yanvarın 20-də Yardımlı rayounda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

  • Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı...

    Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov İkinci Qarabağ savaşı-Vətən müharibəsində şəhid olan qəhrəmanların ailələrinə baş çəkib.

    2021-01-19

    Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov İkinci Qarabağ savaşı-Vətən müharibəsində şəhid olan qəhrəmanların ailələrinə baş çəkib. İcra başçısı əvvəlcə qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən cəsur övladların məzarları üstünə tər çiçəklər qoyub.

  • Əlillik, şəhid statusları və əmək pensiyala...

    Əlillik, şəhid statusları və əmək pensiyaları haqqında

    2020-12-22

    Əlillik, şəhid statusları və əmək pensiyaları haqqında

  • Doing Business 2020 hesabatında Azərbaycanın g...

    Doing Business 2020 hesabatında Azərbaycanın göstəriciləri daha da yaxşılaşmışdır

    2020-12-18

    Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

  • Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun...

    Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri qəbul edib

    2020-12-17

    Dekabrın 12-də Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul etmişdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Minsk qrupu həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. “Hərbi variant yoxdur” deyənlər, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

  • Yardımlıda Ulu Öndərin xatirəsi ehtiramla an...

    Yardımlıda Ulu Öndərin xatirəsi ehtiramla anıldı.

    2020-12-12

    Dekabrın 12-də Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq məsafə saxlamaqla Ulu Öndərin abidəsi qarşısına gəlib önünə tər çiçəklər düzməklə xatirəsini ehtiramla yad etdilər.

əvvəlki [3] növbəti