Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz torpağa tapşırıldı.

28 fevral 2017 | 16:00

   Fevral ayının 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Yardımlının qəhrəman oğlu- N saylı hərbi hissənin baş leytenantı  Nəzərov Şahlar Yaşar oğlu  fevral ayının 28-də doğulduğu Yardımlı rayonunda torpağa tapşırıldı.
   Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Millət vəkili Musa Qasımlı, rayonun  hüquq-müafizə orqanları, N saylı hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları , kənd  sakinləri  iştirak etdilər.
Şəhidlə vida mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Şahlar Nəzərovun  xatirəsinin Yardımlıların  qəlbində həmişə yaşayacağını bildirmişdir.
      Dəfn mərasimində Şəhidin atası Yaşar Nəzərov  Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.

Keçidlər