Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda yeni fındıq bağları salınır.

01 mart 2017 | 16:00

   Kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsinə dair Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına verdiyi sərəncamın icrası olaraq  Yardımlı rayonunda yeni fındıq bağlarının salınması istiqamətində məqsədyönlü iş aparılır. Hazırda  yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, Artıq bir aydan çoxdur ki, rayonun qəsəbə və kəndlərində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri görülür. Rayonumuza Zaqatala və Balakən rayonlarından sahibkarlar tərəfindən 12000 ədəd findiq tingləri gətirilmişdir.Hazırda rayonda 20 hektar sahədə yeni fındıq bağı salınmış və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Kənd sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini(əkinə yararsız) kol-kosdan həvəslə təmizləyərək həmin sahədə fındıq tingləri əkirlər.

Keçidlər