Şriftin ölçüsü :

Saytın rəngi :

YARDIMLIDA NOVRUZ BAYRAMI QEYD OLUNDU.

15 mart 2017 | 16:00

  15 mart 2017-ci il tarixdə Yardımlı rayon Mədəniyyət və İstirahət parkında  xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.
   Rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış oldu və bayram tonqalına alov vuraraq möhtəşəm bayram tədbirini açıq élan etdi.
   Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa salamdı və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər.
      Tədbirdə Kosa və Keçəlin yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
     Tədbirdə milli adət-ənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olundu.

Keçidlər