Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Yardımlıda vətəndaşları qəbul edib

17 aprel 2017 | 16:00

Aprelin 17-də Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov  Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl nazir Mikayıl Cabbarov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda həmin rayon və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqından azadolunma, müəllim əməyinin qiymətləndirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Keçidlər