Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi.

10 may 2017 | 16:00

Mayın 10-də Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Yardımlı Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Yardımlı-Masallı avtomobil yolunun ətrafında, Heydər Əliyev küçəsində və parkında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.Tədbirdə 3000  müxtəlif ağaclar, 1500 gül kolu,  1000-dən çox müxtəlif növ dekarativ çiçəklər və digər yerli iqlimə uyğun ağac tingləri əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Keçidlər