Şriftin ölçüsü :

Saytın rəngi :

Honuba-Şıxlar kənd tibb məntəqəsinin açılışı oldu.

26 may 2017 | 16:00

   26 may 2017-ci il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Yardımlı rayonunun Honuba-Şıxlar kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri, kənd sakinləri və KİV –nin nümayəndələri iştirak etmişlər.Tədbirdə çıxış edən  rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov  bildirmişdir ki, sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Yardımlıda böyük işlər görülmüşdür. Natiq çıxışında rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcədə  rayonda və kəndlərində gedən tikinti-abadlıq işlərinini geniş vüsət almasından danışmışdır.
Yeni tibb məntəqəsinin  istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər kənd sakinləri kəndlərdə  əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirimişlər.
     Tədbir iştiakçıları rəmzi olan lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.

Keçidlər