Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətləri mövzularında maarifləndirici mühazirələr keçirildi.

09 iyun 2017 | 16:00
Aərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Yardımlı Rayon  İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətləri mövzularında maarifləndirici mühazirələr keçirildi.
Heydər Əliyev Mərkəzi və şəhər 1 saylı tam orta məktəbin zalında  “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olundu.
Tədbirdə RİH başçısı Ayaz Əsgərov, Millət vəkili Musa Qasımlı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli, rayon ziyallıları və gənclər  iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Tədbirdə Azərbaycan dövlətçiliyinin və Azərbaycançılıq ideologiyasının inkişafı naminə apardığı siyasətdən söz açaraq, vurğulandı ki, dövlətçilik tariximizin, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsi zəruridir.Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən, multikulturalizmin dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu vurğulayan RİH başçısı  Ayaz Əsgərov  Azərbaycanda bütün dinlərin daşıyıcılarının, fərqli mədəniyyətlərə mənsub vətəndaşların bərabərhüquqlu və tolerant mühitdə yaşadığını xatırladıb.
Keçidlər