Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda qanvermə aksiyası keçirildi.

06 iyul 2017 | 16:00

06 iyul 2017-ci il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hematologiya və Transfuziologiya İnstitutu əməkdaşları tərəfindən MRX-da qan xəstəliyindən əziyyət çəkən insanlara yadım məqsədi ilə  qanvermə aksiyası keçirildi.
Rayonda keçirilən humanitar tədbirdə Hematologiya və Transfuziologiya İnstitutu  əməkdaşlarından ibarət həkim briqadası 120 nəfərdən qan götürmüşdür.
Aksiyanın məqsədi toplanan qanın talassemiyalı, hemofiliyalı xəstələrə, doğuş zamanı çoxlu qan itirən hamilə qadınlara, eləcə də bədbəxt hadisələr zamanı ehtiyacı olan xəstələrə köçürməkdir.

Keçidlər