Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları qəbul etdi.

08 sentyabr 2017 | 16:00

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu  Bağırov Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl nazir Hüseynqulu Bağırov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər