Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı.

12 dekabr 2017 | 16:00

    12 dekabr 2017-ci il tarixdə Yardımlı rayonu Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirildi.
  Səhər saatlarından başlayan anım mərasimində rayon İcra hakimiyyətinin başçısı, rayonun  hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar. Daha  sonra Rayon İcra Hakimiyyətinin tərəfindən rayonda fəaliyyət göstərən mərasim zalında  400 nəfərlik çay süfrəsi açıldı.

Keçidlər