Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

07 mart 2018 | 16:00

   Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal olan qadınlarla rayon icra hakimiyyəti başçısının görüşü keçirildi. Tədbirdə çıxış edən  rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bütün qadınları 8-Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik etdi.Bildirdi ki, bu gün Azərbaycan qadını həm gözəl Ana, həm də fəal ictimai xadimdir, eləcədə gözəl keyfiyyətlərə malik olan Azərbaycan Qadınını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib.Ümummilli Lider Heydər Əliyevin qadınların fədakar əməyinə cəmiyyətdəki roluna çox böyük qiymət verdiyini, onlara daim qayğı ilə yanaşdığı vurğulandı.İndi bu müdrik siyasətin  davamı olaraq Prezident cənab İlham Əliyevin qadınlara daim hörmət və ehtiram bəslədiyini qeyd edib, onların əməyinin qiymətləndirilməsi, sosial problemlərinin həlli istiqamətində həyata keçirilən əməli tədbirlərdən danışdılar.

  Tədbirdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş rayonun Qabaqdibi kənd tam orta məktəbinin müəllimi İntizar Adişova  RİH-başçısı Ayaz Əsgərov  tərəfindən təltif olunduğu medal təqdim edilmişdir.
  Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal qadınlara RİH başçısı tərəfindən pul mükafatları  və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər