Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar tədbir keçirildi.

18 oktyabr 2018 | 16:00

18 oktyabr 2018-ci il tarixdə Yardımlı rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Yardımlı rayon icra hakimiyyətinin başçsı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov öz çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan Ulu Öndərimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi Yardımlıda da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd etmişdir.

Keçidlər