Şriftin ölçüsü :

Saytın rəngi :

YARDIMLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI

20 yanvar 2019 | 16:00

Yardımlı rayonu Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi keçirilmişdir.
   Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.
       Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxumuşlar. Mərasimdə RİH-i tərəfindən şəhid ailələrinə ərzaq yardımı verildi.

Keçidlər