Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

13 fevral 2019 | 16:00

13 fevral 2019-cu il tarixdə rayon Mədəniyyət Mərkəzində 2018-ci ildə Yardımlı rayonunun  sosial-iqtisadi inkişafının yekunları  və 2019-cu ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. 
       Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu inkişafından, rayonumuzda  həyata keçirilən infrastruktur layihələrin icrası, eləcə də qazanılmış nailiyyətlərdən , ötən hesabat dövründə  sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və ya təmiri, əhalinin içməli su ilə təmini, kommunal  yaşayış binalarının təmiri və həyətyanı sahələrin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrasının  həyata keçirilməsindən geniş məruzə ilə çıxış etmişdir.
      Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası  Prezidenti  Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri Dəyanət  Abdullayev çıxış edərək bildirmişlər ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində  iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır.
      Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.
      Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər