Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Novruz bayramı münasibəti ilə yarmarkalar keçirilir.

11 mart 2019 | 16:00

Yardımlıda  Novruz bayramı ilə əlaqədar ərzaq və yeyinti məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanmışdır.Yardımlı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan satış yarmarkasında vətəndaşların sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq ümumilikdə 25 tondan çox müxtəlif növ ərzaq məhsulları, yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, digər meyvələr  və meyvə şirələri çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətlərindən 15-20 faiz aşağı olmasını sakinlər razılıq hissi ilə qarşılayıblar.
İcra hakimiyyətinin rəsmi şəxsləri yarmarkaya baş çəkərək məhsulların  keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.
Bayram yarmarkaları hər həftənin şənbə və bazar günlərində təşkil olunmaqla Novruz bayramı günlərinədək davam edəcəkdir.

Keçidlər