Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Osnakəran kənd sakinləri ilə görüş keçirmişdir.

27 mart 2019 | 16:00

Görüşdə  rayon polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri  iştirak etdi.
RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildimişdir  ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması barədə verdiyi sərəncamlar hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir və razılıqla qarşılanmışdır.
     İcra başçısı sonda Osnakəran kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər