Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilmişdir.

17 iyul 2019 | 16:00

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını, Ulu Öndərin tarixi şəxsiyyət və tarixi yaradan şəxsiyyət olduğunu diqqətə çatdırmış, aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə ən qabaqcıl respublikaya çevrildiyini bildirmişdir.
Tədbirdə çıxış edənlər ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açmışlar.
Sonra Yardımlı rayon Mərkəzi xəstəxanasının həkimi Mahmudov Himayət İdris oğlunu və Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Əliyevə Ayaz Ağaxan oğluna , Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalını təqdim edilmişdir.

Keçidlər