Şriftin ölçüsü :

Saytın rəngi :

Avun kənd ümumi orta məktəbinin açılış tədbiri keçirildi.

17 oktyabr 2019 | 16:00

17 oktyabr 2019-cu il tarixdə  56 şagird yerlik Avun kənd ümumi orta məktəbinin açılış tədbiri keçirildi.Tədbirdə çıxış edən RİH-nin başçısı Ayaz Əsgərov müəllim və şagirdləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illərdə respublikamızda mühüm nailiyyətlər əldə edilir. Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Sonra kənd sakinləri ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə etdilər.
    Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış oldular.

Keçidlər