Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərin yolasalma mərasimi keçirildi.

13 noyabr 2019 | 16:00

13 noyabr 2019-cu il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərovun rəhbərliyi  ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 13-16-də Qəbələ-Şəki-Zaqatala istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərin yola salma mərasimi keçirildi. Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən  layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrin,, tarixini, mədəni irsini, adət-ənənələrini, özünəməxsus xüsusiyyətlərini, ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Çıxış edənlər məktəblilərə ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə övlkə başçısı  İlham Əliyevə cənablarına minnətdarlıqlarını bildirdilər.
Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunmuş, və qurupa rayonun orta məktəblərində  öz təhsili, nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlarla təmin olunmuşdur. Mən inanıram ki, siz rayonumuzu, təhsil aldığınız məktəbi layiqincə təmsil edəcəksiniz və evlərinizə çox böyük təəssüratlarla qayıdacaqsınız.

Keçidlər