Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi.

30 dekabr 2019 | 16:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Yardımlı şəhəri Mədəniyyət və İstirahət  parkında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
      Daha sonra rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi.Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.

Keçidlər