Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Bürzünbül kənd sakinləri ilə görüş keçirmişdir.

15 yanvar 2020 | 16:00

Görüşdə  idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri  iştirak etmişdir.
   RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildirmişdir  ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən  yeni məktəb binasının tikintisi, elektrik dirəklərinin təmiri ilə bağlı məsələlər qaldırılmışdır. Həlli mümkün olan məsələlər bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş və həlli müəyyən vaxt tələb edən məsələlər isə icra olunmaq üçün nəzarətə götürülmüşdür.
Görüşdə kənd sakinləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər