Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir.

08 may 2020 | 16:00

Hörmətli cənab Prezident!

Siz gördüyünüz işlərlə, apardığınız siyasətlə sübut edirsiniz ki, hər bir Azərbaycan vətəndaşının yanındasınız, verdiyiniz vədi əməli işlərinizlə doğruldursunuz. Dünyanın 200-dən çox dövlətiniz cənginə alan COVID-19 virusunun qarşısının alınması üçün Sizin atdığınız addımlar, gördüyünüz işlər, verdiyiniz tapşırıqlar, qabaqlayıcı tədbirlər bu işin parlaq təzahürüdür. Bu ağır və çətin günlərdə xalqa verdiyiniz yardımlar, hər bir vətəndaşın yanında olmağınız biz veteranları ürəkdən sevindirir və ruhlandırır.

Cənab Ali Baş Komandan, bu çətin dövrdə belə Siz hər bir veteranın qayğısına qalırsınız. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsi veteranlarımızın sevincinə səbəb olmuşdur. Yardımlıdan 2 nəfər müharibə veteranı, 19 nəfər arxa cəbhə iştirakçısı, 54 veteranın dul arvadları bu imkandan yararlanacaq.

Bu ağır sınaq ilində Sizin apardığınız işlər hər bir Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyinin qorunması xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Yardımlı rayon veteranları, şəhid ailələri, ağsaqqalları adından Sizi əmin edirik ki, biz həmişə Sizinləyik.

Müqəddəs Ramazan ayında Sizə cansağlığı, arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Vəliyev Hüseyn Əbülfəz oğlu, Yardımlı Rayon Veteranlar Şurasının sədri.

Azərbaycan Respublikası, Yardımlı rayonu. 

Keçidlər