Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmiyyətin əsaslarını sarsıdan, vəzifəsindən sui istifadə edən şəxslər mütləq cəzalandırılacaqlar

12 may 2020 | 16:00

11 aprel 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də inqilabi dəyişikliklərə start verdi. Özünün bölgələrə səfəri çərçivəsində birbaşa xalqla görüşü, onların problemləri ilə yerində tanış olması və hər bir məmurdan xalqın yanında olmağı tələb etməsi prezidentlə xalqın birliyinin parlaq nümunəsidir.
Qısa müddətdə nazirliklərdə və digər dövlət qurumlarında böyük kadr dəyişikliyi həyata keçirildi, daha işgüzar və bacarıqlı gənclər dövlətin ən yüksək postlarında təmsil olundular. 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldı və aparılan islahatlar 2020-ci ilin keçən aylarında daha da intensiv şəkildə davam etdirildi.
Korrupsiya ilə mübarizənin sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması aparılan islahatların əsasını təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar–dövlət qulluqçularının şəffaf fəaliyyətinin və vətəndaş məmnunluğunun artırılmasına xidmət göstərir.
Geniş əhali qruplarını narazı salmağa yönəlmiş təkrarlanan neqativ hallara qarşı ölkə rəhbəri tərəfindən aparılan sərt mübarizə, hüquq mühafizə orqanlarının operativliyi əhali tərəfindən rəğbətlə qarşılanır.
Cənab Prezidentin bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son günlərdə İmişli rayon icra hakimiyyətində və Mədəniyyət Nazirliyində keçirtdiyi əməliyyat tədbirləri nəticəsində yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi hər bir dövlət məmurunu işinə yeni prizmadan yanaşmağa, dövlətə, dövlətçiliyə və hər bir vətəndaşa ləyaqətlə xidmət göstərməyə sövq etməlidir. Bu istiqamətdə rayonun idarə müəssələrində  çalışan dövlət qulluqçuları və digər vəzifəli şəxslər məlumatlandırılır.

Keçidlər