Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı şəhər sakini Cəlil Zabidovun RİH tərəfindən şərlənərək həbs ediləcəyi ilə hədələnməsi barədə internet kanallarına verdiyi müsahibəsi tam əsassızdır.

18 may 2020 | 16:00

17 may 2020-ci il tarixdə “Korrupsiyaya YOX De” internet kanalında Yardımlı şəhər sakini Cəlil Zabidov RİH tərəfindən şərlənərək həbs ediləcəyi ilə hədələnməsi barədə müsahibə vermişdir.
        Bildiririk ki, C.Zabidov şəxsi mənfəət əldə etmək məqsədilə uzun müddətdir ki, rayonun vəzifəli şəxsləri barədə sosial şəbəkələrdə “Azad AzTv”, “Azadlıq Həsrəti” və “Huseynci32” profili ilə ardıcıl olaraq təhqiredici materiallar yayan bir şəxs kimi tanınır. O, radikal islamçı olmaqla, cinayətkar hərəkətlərinə görə həbs edilmiş “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadəni, Gəncə hadisələrini törədən şəxsləri açıq müdafiə edir, onları “şəhid” adlandırır, Nardaranda, Gəncədə baş vermiş hadisələrə məkrli mövqedən yanaşır.
      Cəlil Zabidovun RİH tərəfindən şərlənərək həbs ediləcəyi barədə iddiaları tamamilə əsassızdır. Belə ki, cari ilin fevral ayında C.Zabidov mübahisə zəminində Yardımlı şəhər sakini Hamlet Əməşova ciddi bədən xəsarəti yetirmiş və zərərçəkmiş şəxsin şikayəti əsasında rayon polis şöbəsində istintaq aparılmışdır. Hazırda  iş rayon  məhkəməsindədir. O, siyasi baxışlarına və tənqidlərinə görə deyil, konkret cinayət əməlinə görə məhkəmə qarşısına çıxacaqdır.
        C.Zabidov bir neçə dəfə RİH başçısı tərəfindən qəbul edilmiş, ona cəmiyyətə açıq hörmətsizlik ifadə edən əməllərinə son qoyması tövsiyə edilmişdir. Vətəndaş həmçinin 16 yanvar 2020-ci il tarixdə Prezident Administrasiyasının məsul şəxsləri tərəfindən qəbul edilmiş və ona  müvafiq izahat verilmişdir.
        Lakin C.Zabidov öz çirkin əməllərindən əl çəkmir, ayrı-ayrı sakinləri aldadaraq onlardan rayon rəhbərliyi əleyhinə müsahibələr alır, müxtəlif internet telekanallarında şər, böhtan xarakterli məlumatlar yaymaqda davam edir.
        Yardımlı RİH tərəfindən C.Zabidovun qanunsuz hərəkətləri ilə bağlı müxtəlif internet saytlarında təkziblər yerləşdirilmiş, vətəndaşa isə belə əməllərinə görə məhkəməyə veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o dəfələrlə RİH başçısının müavinləri Azər Xamiyev və Mahir Mirzəyev barəsində internet saytlarında təhqir və böhtan xarakterli məlumatlar yaydığı üçün məhkəməyə verilmişdir. 
        Bundan əlavə C.Zabidov ayrı-ayrı vətəndaşları təhqir etdiyi  üçün vətəndaşlar tərəfindən də məhkəməyə verilmişdir.

Keçidlər