Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

21 may 2020 | 16:00

Son illər Ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
2019-cu ildə rayon ərazisində işaxtaran əhali qrupu ilə bağlanmış əmək müqavilələrinin sayı 545 nəfər olmuş, bunlardan 110 nəfəri özəl sektorun payına düşmüşdür. 2020-ci ilin 19 may tarixinə  işaxtaran şəxslərlə bağlanmış əmək müqavilələrinin sayı 218 nəfər olmuşdur. Bundan, koronovirus pandemiyası (COVİD-19) dövründə dizinfeksiya işlərinə və 65 yaşdan yuxarı tənha yaşayan sakinlərə xidmət göstərmək üçün “İşsizin Dostu” proqramı çərçivəsində rayon ərazisində 160 nəfər sosial işçi kimi işə cəlb edilmişdir. İctimai işlərə cəlb edilmiş vətəndaşların plastik əmək haqqı kartları müvəkkil banklar tərəfindən hər bir vətəndaşın şəxsən özünə təqdim edilməsi həyata keçirilir. 2020-ci ilin birinci rübündə  özünüməşğulluq proqramına 60 nəfər vətəndaşın cəlb  edilməsi nəzərdə  tutulmuşdur.
Cari ilin aprel ayının 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. O cümlədən, Yardımlı rayonu ərazisində aprel ayında 2363 nəfərə “Azərpoçt” MMC-nin Yardımlı Filialı tərəfindən 190 manat birdəfəlik müavinət verilmiş, həmin 190 manat birdəfəlik müavinət alan vətəndaşlara müvafiq banklar tərəfindən may ayı üçün müavinətlərin plastik kartlarla verilməsi həyata keçirilir.
Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, cari ilin aprel ayı daxil olmaqla rayon ərazisində yaşayan 737 ailə (3687 ailə üzvü)  bu proqrama cəlb edilmişdir.

Keçidlər