Şriftin ölçüsü :

Saytın rəngi :

Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb.

17 iyun 2020 | 16:00

Dövlət İmtahan Mərkəzi tərəfindən  iyun ayının 19-da Yardımlı  rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.
   Buraxılış imtahanlarının keçiriləcəyi  Yardımlı şəhər 1 saylı, Köryədi və Ərus kənd  tam orta məktəblərində  sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı  yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün iki metrlik ara məsafəsi nişanları çəkilib.
   İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.

Keçidlər