Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda pandemiya ilə əlaqədar dezinfeksiya işləri aparılır

16 iyun 2020 | 16:00

Bütün dünyanın bəlasına çevrilən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə sahəsində Respublikada olduğu kimi  Yardımlı rayonunda da ardıcıl olaraq işləri aparılır. Cənab Prezident İlham Əliyevin, Birinici-Vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində apardıqları məqsədyönlü və ardıcıl tədbirlərin davamı olaraq rayonda epidemiyaya qarşı dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir.
  Yardımlı şəhərində çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, su anbarlarının ətrafı eləcə də sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiya  işləri aparılır.  İnfeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün yaşayış məntəqələrində mobil qrupları və könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Keçidlər