Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı RİH başçısı yanında qərargahın növbəti videomüşavirəsi keçirildi.

17 iyun 2020 | 16:00

  Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun sədrliyi ilə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış Qərargahın növbəti videomüşavirəsi keçirildi.Videomüşavirədə son zamanlar ölkədə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına ciddi əməl edilməsinin, qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının,  vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, ictimai yerlərdə və çoxmənzilli binalarda, ictimai nəqliyyat vasitələrində, dayanacaqlarda və bankomatların ətraflarında, parklarda və xiyabanlarda dezinfeksiya işlərinin davam etdirilməsinin zəruriliyi qeyd edildi.
     Videomüşavirədə yerlərdə xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, mobil qruplar tərəfindən polis orqanlarının nümayəndləri ilə birgə ictimai iaşə müəssisələrində, qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, müxtəlif ticarət və xidmət sahələrində tədbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqin  aparılması, İƏD  üzrə nümayəndələrin hər bir ailəyə fərdi qaydada yanaşması və onların sosial ehtiyaclarının öyrənilməsi ilə bağlı tapşırıqlar verilimişdir.
      Keçirilən videomüşavirədə, həmçinin yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi, biçilmiş və biçilməmiş taxıl sahələrinin, meşələrin, yaşıllıq zolaqlarının mühafizə olunması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, qaldırılan problemlərin həll olunması barədə tapşırıqlar verilib.
    Videomüşavirənin sonunda xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunması, hər bir məsələyə xüsusi həssaslıqla yanaşılması, yüksək məsuliyyət  nümayiş etdirilməsi tələb olunmuşdur

Keçidlər