Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı RİH başçısı yanında qərargahın növbəti videokonfransı keçirildi.

02 iyul 2020 | 16:00

   Konfransda RİH başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışaraq bildirib ki, Azərbaycan hökuməti COVİD-19 infeksiyasının yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atıb, eyni zamanda, qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirib, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu nümayiş etdirib.
 Şübhəsiz ki, ölkəmizin COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər həm də Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki COVİD-19 qlobal təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Pandemiya özü ilə bərabər insanların həyatını təhlükəyə atan ciddi sağlamlıq problemləri gətirməklə yanaşı, neqativ təsirləri hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr də yaradıb. Bu baxımdan, ölkəmizin mövqeyini, eyni zamanda, qlobal miqyasda həmrəyliyə çağırış və bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır. Məhz bu səbəbdən, eyni zamanda, ölkəmizin beynəlxalq əhəmiyyət daşıyan humanitar təşəbbüslərinin davamı kimi, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
   130-dan çox BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu etimadı isə Azərbaycan öz beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, qlobal humanitar təşəbbüsləri və Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində qazanıb.
   RİH başçısı sonda rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərdən, kənd təsərrüfatı işlərinin gedişindən danışıb. Rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, o cümlədən, sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri və yas mərasimlərində dəfn zamanı ən yaxın qohumların (ata,ana, bacı, qardaş, övladları) 10 nəfərdən artıq olmayaraq iştirak edərək Operativ Qərərgahın qərarından irəli gələn tələblərə riayyət etmələri və.s  barədə tapşırıqlar verilmişdir. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalıdır.
  Konfransda həmçinin sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və bu sahələrdə qanunazidd hallara yol verənlərin ciddi cəzalandırılacağı bildirilib.

Keçidlər