Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni inşa olunmuş məktəblər istifadəyə verildi.

15 sentyabr 2020 | 16:00

15 sentyabr 2020-ci  il tarixdə yeni inşa olunmuş 120 şagird yerlik Qaraqaya kənd tam orta, 80 şagird yerlik Peştəsər kənd ümumi orta və 56 şagird yerlik Çanaqbulaq kənd tam orta  məktəblərinin açılış mərasimləri keçirildi.
     Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, Rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə  iştirak etdi.
     Hər üç tədbirdə RİH başçısı bildirdi ki, son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonumuzda 40-dan çox yeni məktəb tikilmiş, məktəblər müasir avadanlıq və ləvazimatlarla, komputerlərlə təchiz edilmiş və internetə qoşulmuşlar.  Bunun nəticəsində son illərdə rayon üzrə ali təhsil müəssisələrinə qəbul olanların sayı artmışdır.
     

Keçidlər