Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir

17 oktyabr 2020 | 16:00

 Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən Yardımlı şəhərində abadlıq və quruculuq işləri, həmçinin yolların  təmiri nəzərdə tutulmuş ardıcıllıqla davam etdirilir. Şəhərin bir çox küçəsində yollara asfalt örtüyünün qoyulması işlərinə başlanılmışdır. Artıq bir neçə gündür ki, başlanmış işlər çərçivəsində yolun yatağı hamarlanaraq bərkidilmiş və asfalt örtüyünün verilməsinə başlanılmışdır.  Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov görülən işlərlə tanış olmaq üçün ərazidə olmuş, işlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir. 

Keçidlər