Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir

24 noyabr 2020 | 16:00

Yardımlı rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən reydlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl olunmasına ciddi nəzarət edilir.
     Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə obyektlərində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur.

Keçidlər