Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.

03 mart 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Yardımlı rayonunda vaksinasiya prosesi davam etdirilir. Vaksinləşmə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında təcrübəli mütəxəssislər tərəfindən aparılır.
03 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 316 nəfər vətəndaş peyvənd olunmuşdur. Bu günə kimi Yardımlı rayonunda 3233 nəfər koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 918 nəfəri 65 yaşdan yuxarı, 2093 nəfəri 50-65 yaş arası və 222 nəfəri isə 50 yaşadək olan vətəndaşlardır. Hazırda rayon üzrə əhalinin vaksinləşmə prosesi uğurla davam etdirilir.

Keçidlər