Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda buraxılış imtahanları keçirilib

30 aprel 2021 | 16:00

 Aprelin 30-da Yardımlı rayonunda yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün  Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Pandemiya şəraitinin tələblərinə uyğun olaraq  keçirilən imtahanlar Şəhər 1, Şəhər 2, Köryədi və Ərus kənd tam orta məktəblərində təşkil olunub. İmtahanlarda ümumilikdə 567 nəfər şagirdin iştirakı nəzərdə tutulub. 
  İmtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.

Keçidlər