Şiləvəngə kəndinə təbii qaz verildi.
26 may 2021-ci il tarixdə 69 abonentdən ibarət olan rayonun Şiləvəngə kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi. Pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açaraq ələmətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı. Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev əlamətdar hadisə münasibətilə kənd sakinlərinə təbriklərini çatdırdı.
Sonda rəmzi məşəl alovlandırıldı.