Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 9-cu sinif şagirdlərinin yekun attestasiyası keçirilib

03 iyun 2021 | 16:00

İyunun 3-də Yardımlı rayonunda yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün  Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu sinif şagirdlərinin yekun attestasiyası keçirilib. Pandemiya şəraitinin tələblərinə uyğun olaraq  keçirilən imtahanlar Şəhər 1, Köryədi, Ərus və Çay Üzü kənd tam orta məktəblərində təşkil olunub. İmtahanlarda ümumilikdə 583 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
       İmtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.

Keçidlər