Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 550-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib

31 avqust 2021 | 16:00

31 avqust 2021-ci il tarixində Heydər Əliyev mərkəzində 2020-2021-ci tədris ilində rayon üzrə 550-dən yuxarı bal toplamış abituriyentlərlə görüş keçirilmişdir.
    Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdıraraq gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdır. Sonra Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri Elman Eldaroğlu və digər qonaqlar çıxış edərək rayonda təhsilin inkişafına böyük diqqətin ayırılması, abituriyentlərin ölkənin ən qabaqcıl universitetlərinə yüksək balla qəbul olmasından danışmışlar.
   Tədbirdə 550-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar rayon İcra hakimiyyətinin “Fəxri fərmanı” ilə təltif olunmuşlar. Əlavə olaraq  “Yardımlı Xeyriyyə Cəmiyyəti” tərəfindən  yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr və pul mükafatları verilmişdir.

Keçidlər