Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elçin Əliyevin və Cavid Zeynalovun xatirəsi ehtiramla anıldı.

29 sentyabr 2021 | 16:00

Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.

Elçin Əliyev 23 may 1995-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. 2013-cü ildə  hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan bir müddət sonra yenidən hərbiyə qayıdaraq müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən müharibəsində iştirak etmiş və Füzuli rayonunun  azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  ölümündən sonra “Vətən Uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Cavid Zeynalov 17 oktyabr 1990-cı ildə Yardımlı rayonunun Mirimli kəndində anadan olmuşdur. 2009-2011-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra 2013-cü ildə hərbi xidmətə yenidən qayıdaraq hərbi həkim kimi işləməyə başlamışdır. 2016-cı ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif olunmuşdur. Vətən müharibəsində iştirak etmiş  və Füzuli rayonunun  azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 


Keçidlər