Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edildi.

20 yanvar 2022 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov,  hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq  Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər düzmüş və şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
RİH başçısı Ayaz Əsgərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən Ayaz Əsgərov  20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib. RİH başçısı ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, mübariz oğul və qızlarımızın şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, əziz xatirələri uca tutulur.
Ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin ailələri və qazilər hərtərəfli dövlət dəstəyi ilə əhatə olunurlar, bu istiqamətdə həmişə ölkəmizdə milli həmrəylik yaşanır.
Yardımlı Rayon İcra Hakimiyyətidə şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.

Keçidlər