Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Yardımlı rayonunda "Kapital bank"ın rayon filialı fəaliyyət göstərir. Şəhərin mərkəzi küçəsi olan H.Əliyev prospektində 2, Sırıq kəndində 1, Şəfəqli kəndində 1, Çay Üzü kəndində 1, Hamarkənd kəndində 1 bankomat əhalinin istifadəsinə verilmişdir. Rayonda bir dövlət sığorta şirkəti fəaliyyət göstərir. Şəhərdə bir Mərkəzi Xəstəxana, kəndlərdə isə 5 sahə xəstəxanası, 14 həkim ambulatoriyası və 20 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Şəhər mərkəzində təcili yardım xidməti və polikilinka mövcuddur. Rayonun H.Əliyev prospektində 3 aptek, B.Mansurov 3 ünvanında isə bir aptek fəaliyyət göstərir.

                                                                                                    TURİZM :

Rayonda turistlərin istirahəti üçün Deman istirahət mərkəzi, Şəlalə istirahət zonası və şəhər mərkəzində bir otel fəaliyyət göstərir. Kəndlərdə kənd yaşıl turizminin inkişafı üçün, turistlərin qəbulu ilə əlaqədar fərdi yaşayış evləri mövcuddur. Şəhər mərkəzində parklar, 4 yerdə restoranlar turistlərə xidmət göstərir.

                                                                                                   NƏQLİYYAT :

Yardımlı rayonu Bakı şəhərindən 286 km cənubda yerləşir. Şəhər mərkəzinə kimi asfalt yoldur. Rayona Bakı və Sumqayıt şəhərlərindən hər gün mikroavtobuslar işləyir. Avtobusla 3-4 saata gəlmək mümkündür. Rayona hava yolu isə Lənkəran aeroportudur. Masallıdan Yardımlıya 55 km, Lənkəran aeroportundan isə rayona 80 km-dir. Rayon mərkəzində aerokassa və dəmir yoluna bilet satışı kassası yoxdur.

                                                                             Gələcəkdə görüləcək infrastruktur layihələri:

1. Rayonda 20 yaşayış məntəqəsinin telefonlaşdırılması,  25 EATS-lər üçün yeni binaların tikintisi.
2. Ümumi uzunluğu 150 km (90 km hissəsi çınqıl örtüklü, 60 km hissəsi isə torpaq örtüklüdür) olan yolların asfaltlaşdırılması.
3. Rayonun 72 yaşayış məntəqəsinin qazlaşdırılması.
4. Rayonun elektrik xətt təsərrüfatının təmiri və yenidən qurulması, ümumilikdə, 6832 abonent üçün SİP-kabelin çəkilişi
5. Rayonun kəndlərində su təchizatının yaxşılaşdırılması, 60 artezyan quyusunun qazılması
6. Kəndlərdə idman zallarının tikintisi və idman qurğularının quraşdırılması
7.Vətən Müharibəsi  əlilləri və şəhid ailələri üçün yeni mənzillərin tikintisi.
8.Rayonda sahə baytarlıq məntəqələrinin tikintisi
9.Rayonda yeni səhiyyə müəssisələrinin inşası
10.Rayonda yeni mədəniyyət obyektlərinin tikintisi, tarix-mədəniyyət obyektlərinin bərpası
 11.Yeni məktəb binalarının tikintisi

Keçidlər