Heydər Əliyev Mərkəzi
Yeni inşa olunmuş və 04 sentyabr 2013-cü ildə açılışında cənab Prezident İlham Əliyevin də iştirak etdiyi Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən çoxlu fotoşəkil, kitab və jurnallar, video-disklər toplanmışdır. Mərkəzdə Heydər Əliyev Muzeyi, intellektual oyun otağları, linqafon kabineti, rəsm, foto, kompyüter studiyaları, xalq sənətkarlıq və ədəbiyyat dərnəkləri, konfrans zalı, tədris otağı, Xarici dil kurslarının keçirilməsi üçün otaq, "3D kinozalı", "virtual sinif" fəaliyyət göstərir. Heydər Əliyev mərkəzinə hər ay 1500 nəfərdən çox insan gəlir. "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" və "Gənc Heydərçilər" dərnəkləri fəaliyyət göstərir.